"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo bu gün "Benfika" ilə oyundan əvvəl açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamalarında deyib:
"Fənərbağçanın baş məşqçisi kimi “Nitsa” ilə oynamağa üstünlük verərdim. "Benfika" "Nitsa"dan qat-qat güclüdür. Biz daha yaxşı oynamalıyıq. Onların güclü futbolçuları və yaxşı məşqçisi var. Yaxşı müdafiə edirlər və qol buraxmırlar. Onlar əks-hücumları bilirlər. Onların yaxşı əvəzediciləri və çoxlu həll yolları var. Onlar Çempionlar Liqasının komandasıdır. "Benfika"dan 4 qol buraxsaq, 5 qol vura bilmərik. Biz daha yaxşı oynamalıyıq."
Fərid
MİA.AZ