"İstanbulspor" "Beşiktaş" klubundan Fahri Kerem Ayı icarə əsasında heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" klubu bu barədə açıqlama yayıb.

Açıqlamada deyilib:

"Peşəkar futbolçumuz Fahri Kerem Ayın 2025-26 mövsümünün sonuna qədər müvəqqəti transferi üçün İstanbulspor ilə razılıq əldə olunub. Fahri Kerem Aya yeni klubunda uğurlar arzulayır və onu hörmətlə ictimaiyyətə təqdim edirik."

Fərid

MİA.AZ