İstanbul polisi və prokurorluğu daha bir bələdiyyə sədrinə və ətrafına qarşı "şəfəq əməliyyatı" keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsindəki korrupsiya ittihamı çərçivəsində həyata keçirilən əməliyyatla Beyoğlu bələdiyyə sədri İnan Güney də daxil olmaqla, 40 nıəfər sübh tezdən qandallanıb.
Məlumata görə, onlar tender saxtakarlığı, korruopsiya, rüşvət və sair cinayətlərdə ittiham olunurlar.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun mart ayında həbsindən sonra CHP-li bələdiyyə sədrləri həm bu şəhərdə, həm də regionlarda "ovlanırlar".
Firudin Səfərli
MİA.AZ