Türkiyə Super Liqasının üçüncü həftəsində 3 oyun təxirə salınıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədəFutbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, TÜMOSAN Konyaspor - Beşiktaş, Çaykur Rizəspor-RAMS Başakşehir və Samsunspor-Kasımpaşa matçları təxirə salınıb.
Məlumatda deyilir ki, belə qərar verilməsinin səbəbi adıçəkilən komandaların UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparmalarıdır.
Fərid ASLAN
MİA.AZ