“Təəssüratlarım böyükdür. Cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Bu, daha böyük məsuliyyətdir. 70, 80 yaş olsun, dəxli yoxdur. Mənim sənətimə, Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət etmək borcumuzdur. Bundan sonra da mədəniyyət sahəsinin qalxması üçün əlimizdən gələni hər bir işi etməliyik. Şəxsən öz ünvanıma deyirəm ki, nə qədər canımda can var, Azərbaycan mədəniyyətinə göstərdiyim xidməti həmişə göstərəcəyəm”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət ordeni” ilə təltif edilən Xalq artisti Afaq Bəşirqızı deyib.
O, sosial şəbəkələrdə mənfi rəy yazanlardan da danışıb: “Mənfi rəy yazanları nə oxuyuram, nə də onlara cavab verə bilirəm. Vallah, vaxtım yoxdur...