“Kocaelispor” “Beşiktaş”dan Can Keleşi mövsümün sonuna qədər icarəyə götürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Açıqlamada deyilir: "Klubumuzla "Beşiktaş JK" arasında razılıq əldə olunub. futbolçu Can Keleşin 2025-2026 mövsümünün sonuna qədər müvəqqəti transferi ilə bağlı, oyunçu ilə isə 2025-2026 mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb."

Xatırladaq ki, "Beşiktaş" Can Keleşi ötən mövsüm "Kasımpaşa"ya icarəyə vermişdi.

Fərid

MİA.AZ