ABŞ-ın Kolorado ştatında buynuzları olan vəhşi dovşanlar görüntülənib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son aylar belə dovşanlarının sayının xeyli artması alimlərin diqqətini çəkib.
Məlumata görə, mütəxəssislər bu vəziyyətin dovşan papillomavirusu adlı bir virusun səbəb olduğu dəri böyümələrindən qaynaqlandığını deyirlər.
Kolorado Parkları və Vəhşi Təbiət Departamenti (CPW) infeksiyanın adətən dovşanın başında qara düyünlər kimi göründüyünü və zaman keçdikcə onun buynuz şəkli aldığınl açıqlayıblar: "Virus dovşanların həyatı üçün təhlükə yaratmasa da, bəzi hallarda buynuzların yemək və su içmələrinə problem yaratdıqların müşahidə olnur. Hətta elə dovşanlara rast gəlinib ki, onun ağzının ətrafında qara buynuzabənzər çıxıntılar yaranır və bu, getdikcə böyüyür".
Məlumatda deyilir ki, bu hal təkcə vəhşi dovşanlarda deyil, ev dovşanlarında yaşana bilər.
Zülfiyyə Mustafayeva
MİA.AZ