Bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Başakşehir Norveçin "Vikinq" komandasını qəbul edib.
Mia.az xəbər verir ki, Başakşehir Fatih Terim stadionunda keçirilən oun bərabərə bitib - 1:1.
Xatırladaq ki, ilk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edən türk komandası bununla da pley-offa yüksəlib.
Başakşehir "Universitatea Craiova" (Rumıniya) - "Spartak Trnava" (Slovakiya) matçının qalibi ilə qarşılaşacaq.
Rumıniya komandası ilk oyunda 3:0 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah keçiriləcək.
Pley-off mərhələsi avqustun 21-28-də keçiriləcək.
Zülfiyyə MUSTAFAYEVA
mia.az