“AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub.
Mia.az Valyuta.az-a istinadla xəbər verir ki, 2024-cü ildə dövlət şirkətinin rəhbərliyinə ümumilikdə 3,03 milyon dollar və ya 5,15 milyon manat ödəniş edib.
Bu ödənişlərin 693 min dolları əmək haqları, 564 min dolları sosial sığorta ödəmələri, 1 milyon 773 min dolları isə qısamüddətli mükafatlar təşkil edib.
Sosial sığorta ödəmələri çıxıldığı halda “Azergold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 2 milyon 466 min dollar və ya 4 milyon 192,2 min manat təşkil edib.
Bu isə əvvəlki ilə nisbətən 19% və ya 666,4 min manat çoxdur. 2023-cü ildə bu rəqəm 2 milyon 74 min dollar və ya 3 milyon 525,8 min manat təşkil edib.
Qeyd edək ki, “Azergold”un rəhbərliyinə sədr Zakir İbrahimov, müavinləri - Xəyyam Fərzəliyev, İlqar Cəlilov və 9 müşavir daxildir. Ötən il müşavirlərin sayı artıb. Yerli dövlət şirkətlərinin təcrübəsi və beynəlxalq korporativ idarəetmə standartlarına əsasən hesablamalara görə, ötən il Zakir İbrahimovun illik gəliri 640 min manat (aylıq 53 min manat), müavinlərinin gəliri 490 min manat (aylıq 41 min), müşavirlərinin gəliri isə 285 min manat (aylıq 24 min) təşkil edib. Hesablamalara əsasən ötən il “Azergold” rəhbərliyinin gəlirləri 5%-dən çox artıb.