"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Feyenoord"u 5:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlmələri haqda açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mourinyo qələbədən məmnun olduğunu deyib və qarşıdakı rəqibin gücündən söz açıb: "Düşünürəm ki, hollandlara qarşı olan qələbə seriyam təsadüfi idi. Hər dəfə onlarla qarşılaşanda gördüm ki, onların yaxşı komandası, yaxşı məşqçisi və fəlsəfəsi var. Heç kimin tanımadıqları oyunçuları alırlar və çox yüksək səviyyəyə çatdırırlar. Məsələn, meydanda olan üç yapon oyunçu çox yaxşı idi. İndisə bizi daha bir çətin rəqib gpzləyir. Biz növbəti mərhələdə böyük komanda ilə - Bnifika" ilə qarşılaşacağıq."

Fərid

MİA.AZ