İtaliya A Seriyasının komandası "Komo" Alvaro Moratanın transferini rəsmən açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.
Bildirilib ki, 32 yaşlı hücumçu satınalma şərtiylə icarəyə götürülüb.
Xatırladaq ki, "Real Madrid", "Yuventus", "Çelsi", "Atletiko Madrid" və "Milan"da forma geyinən ispaniyalı futbolçu ötən mövsümün ortasında "Qalatasaray"la 1 illik icarə müqaviləsi imzalamışdı.
Onu da qeyd edək ki, "Qalatasaray" dünən Moratanın müqaviləsini qarşılıqlı olaraq ləğv etdiyini açıqlayıb.
Fərid
MİA.AZ