"Atletiko Madrid” klubu italyan futbolçu Cakomo Raspadori ilə anlaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Məlumata görə, 25 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
"Atletiko Madrid"in bu transfer üçün "Napoli"yə ümumilikdə 30 milyon avro ödəyəcəyi də bildirilir.
Futbolçu ötən mövsüm 29 oyuna çıxıb və 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ