"Everton" "Mançester Siti"dən Cek Qrilişi icarəyə götürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Everton" və "Mançester Siti"nin danışıqları müsbət yekunlaşıb.
Anlaşmaya görə, futbolçu bir il ərzində "Everton" forması geyinəcək.
Xatırladaq ki, 2021-ci ildə 100 milyon funt-sterlinqə "Aston Villa"dan "Siti"yə keçib. Təcrübəli oyunçu ötən mövsüm cəmi 7 liqa oyununda forma geyinib.
Fərid
MİA.AZ