Bu gün Türkiyənin Balıkəsir şəhərində zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Mlumata görə, Bak vaxtı ilə saat saat 19:53-də 6,1 bal gücündə baş verən episentri Balıkəsirdə Sındırgı rayonunda qeydə alınıb.
Zəlzələnin 11 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələ Balıkəsir şəhər mərkəzi ilə yanaşı İzmir, Kütahya, Yalova, İstanbul, Manisa, Uşak, Aydın, Əskişəhər, Sakarya və Tekirdağda da hiss olunub.
Daxili İşlər Naziri Ali Yerlikaya bildirilib ki, Sındırgı rayonunda bir bina çöküb: "Çökən binada 3 vətəndaş xilas edildi, daha birinin xilasetmə işləri davam edir"
Səhiyyə naziri Kamal Memişoğlu Balıkəsirdə baş verən zəlzələdə yaralanan 4 nəfər hazırda xəstəxanada müalicə aldığını deyib.
Firudin Səfərli
MİA.AZ