Danimarkanın cənub-şərqindəki Koldinq şəhərində məktəbə silahlı ücum hazırlıında olan 3 şagird saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqqda yerli polis məlumat yayıb.
Bildirilib ki, əməliyyat məlumatı daxil olan kmi dərhal hırəkətə keçilib: "Beləliklə "St. Michaels" adlı özəl məktəbdə planlanlan hücumun qarşısı alınıb, 3 nəfər saxlanılıb. Onlardan ikisinin ifadəsi alındqdan sonra ev dustaqlığına buraxılıb. 15 yaşlı şagird isə prokurorun tələbi ilə məhkəmə qarşısına çıxarılıb və barəsində 4 həftəlik həbs qətimkan tədbiri seçilib".
Zülfiyyə Mustafayeva
MİA.AZ