Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında qadın körpə dünyaya gətirib.

Mia.az xəbər verir ki, bu barədə QCS məlumat yayıb.

Bildirilib ki, adisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.