Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin rəhbərlik etdiyi yeni şirkət təsis olunub.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, qanuni təmsilçisi Şahin Paşazadə olan “Espressolab Az” MMC (VÖEN – 1507211701 ) may ayının 26-da dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “Espressolab Az” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ak. Murtuza Nağıyev, ev.D1 10-da yerləşir.
Məlumat üçün bildirək ki, “Espressolab Az” MMC-nin hansı sahədə fəaliyyət göstərəcəyi barədə məlumat verilməyib.
Şahin Paşazadə
Onu da qeyd edək ki, “Espressolab” Türkiyədə qəhvə satışı ilə məşğul olan məşhur kofeşop şəbəkəsinin adıdır. Verilən məlumata görə, “Espressolab”ın 11 ölkədə 335 şöbəsi fəaliyyət göstərir. Türkiyədən başqa, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İtaliya, Böyük Britaniya, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ölkələrdə də filialları mövcuddur. Bir neçə ay əvvəl “Espressolab” sosial mediada “boykot” çağırışları ilə gündəmə gəlib.