Rusiyanın neft və təbii qaz gəlirləri bir il içində kəskin azalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.
Nazirliyin hesabatında bildirilib ki, iyulda ölkənin neft və təbii qaz üzrə gəlirləri ötən ilin eyni ayı ilə müqayisədə 27 faiz azalıb: "Bu, təxminən 787,3 milyard rub (9,8 milyard dollar) azalma deməkdir"
Nazirlik bəyan edib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yanvar-iyul aylarında neft və təbii qaz gəlirləri 18,5 faiz azalaraq 5,52 trilyon rubl olub.
Rusiyanın energetika naziri Sergey Tsivilev isə deyib ki, iyulun 16-da ölkəsinin neft hasilatı ilin ilk 5 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 211 milyon tona, təbii qaz hasilatı isə 3 faiz azalaraq 290 milyard kubmetrə düşüb.
Lamiyə Əhmədli
MİA.AZ