Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Mia.az DSX-yə istinadla xəbər verir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 17 kiloqram 450 qram narkotik vasitə (11 kq 450 qram marixuana, 6 kq həşiş) və 4950 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.