Türkiyənin 17 şəhərində “qanunsuz mərc oyunları, ağır fırıldaqçılıq, internetdə uşaqlara qarşı əxlaqsız davranış və təcavüz, cinayət yolu ilə əldə edilən vəsaitlərin yuyulması" və sair sahələr üzrə kiberdələdiuzlara qarşı uğurlu əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ümumilikdə qeyd edilən cinayətlər üzrə 179 şübhəli saxlanılıb.

Bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. O, Konya, Erzurum, Tekirdağ, Niğde, Şanlıurfa, İzmir, Mersin, Tokat, Eskişehir, Gaziantep, Kocaeli, Artvin, Sinop, İstanbul, Aksaray, Antalya, Bursa, Mardin, Adana, Karaman, Sivas, Osmaniye, Diyarbakır, Balıkesir, Ordu, Kilis, Manisa, Hatay, Ankara, Aydın, Bingöl, Kahramanmaraş, Çorum, Edirne, Hakkari, Kırklareli və Malatyada baş tutan əməliyyatlar zamanı şübhəlilərin qeyri-qanuni mərc və virtual qumar saytlarında panellər yaratmaları, qanunsuz pul köçürmələr, uşaqların ədəbsiz şəkillərini yaymaq, internet saytlarında cinayət yolu ilə əldə edilən gəlirləri "yumaq", məhsul satışı, sosial şəbəkələrdə yüksək iş imkanları ilə dələduzluq hallarına yol vermələri müəyənləşib.

Nazir bildirib ki, cinayət yolu ilə əldə olunanların daşınar və daşınmaz əmlakların, o cümlədən 107 milyon lirə nağd vəsaitin üzərinə həbs qoyulub.

Firudin Səfərli
MİA.AZ