Türkiyənin Sivas bölgəsində sərnişin avtobusu qəzaya düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İmranlı rayonunda baş verib.

Bildirilib ki, sərnişin avtobusu Sivas-Ərzincan yolunun Kuzköy yaxınlığında dağ yamacına çırpılıb: "Nəticədə 4 nəfər hadisə yerində ölüb, 33 nəfər isə xəsarət alıb. Yaralılar təcili yardım və helikopterlə şəhər xəstəxanalarına çatdırılıblar".

Firudin Səfərli
MİA.AZ