Premyer Liqa təmsilçisi "Brentford" Cordan Hendersonu transfer edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə komandası 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Henderson 2023-cü ilin yayında 14 milyon avroya “Əl-Ettifaq”a keçib, Səudiyyə Ərəbistanında cəmi 6 aydan sonra “Ayaks”a keçib. O, ötən mövsüm Hollandiya klubunun heyətində 45 oyuna 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ