Almaniyanın "Leyptsiq" komandası Hollandiyanın PSV komandasının belçikalı futbolçusu Yohan Bakayoko ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, almanlar  22 yaşlı cinah oyunçusu Bakayoko ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Hollandiyada iki dəfə liqa, kubok və Superkubok qazanan gənc futbolçu 131 matçda 33 qol vurub.

Fərid

MİA.AZ