Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) sabah təcili fövqəladə iclas keçirəcək.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, iclasda İsrailin bu gün Suriyanın dövlət qurumlarının binalarını bombalaması müzakirəyə çıxarılacaq.

Məlumata görə,  BMT Təhlükəsizlik Şurasına sədrlik edən Pakistanın Daimi Nümayəndəsi xəbəri təsdiqləyib: "Sabah günortadan sonra iclas olacaq. Fövqəladə sessiya Əlcəzairin tələbi ilə sabah yerli vaxtla saat 15:00-da baş tutacaq".

Samir MUSAYEV

MİA.AZ