Daha iki şəhərə prokuror təyin olunub.

Mia.az xəbər verir ki, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub.

O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.