Suriyann Sveyda əyalətində druz və bədəvi ərəb qəbilələri arasında üç gündür davam edənşiddətli döyüşlər ölkənin daha bir şəhərinə "sıçrayıb". Artıq Hasaki şəhərində də döyüş gedir.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, Sveyda əyalətində gedən döyüşlərdə 112 nəfər ölüb, 300-dən çox yaralı var.
Suriya mediası yazır ki, dünən bölgəyə sövq edilən Suriya ordusuna hücum edən druz qüvvələri daha 18 əsgəri öldürüb, 9 hərbçini isə girov götürüb.
Suriya Müdafiə Nazirliyindən bildirilib ki, hazırda əyalətin cənub kənd ərazisi olan Kenaker qəsəbəsində və qərb çölündə qarşıdurmalar atışma gedir.
Bu arada Dürzilər Suriya ordusu və təhlükəsizlik qüvvələrinin bölgəyə girməsinə icazə verməyəcəklərini təkrarlayırlar.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Müdafiə Nazirliyi və daxili təhlükəsizlik qüvvələri döyüşləri dayandırmaq, vətəndaşları və onların əmlakını qorumaq üçün Suveydanın şimal-qərbindəki Dour kəndinə yerləşdirilib: "Müdafiə Nazirliyinin qoşunları nəzarəti ələ almaq məqsədi ilə iki istiqamətdən irəliləyir. Artıq Dour kəndi nəzarətə götürülüb".
Məlumata görə, İsrail döyüş təyyarələri Sveydanın şimal-qərbindəki Məzra və cənubundakı Kenaker kəndlərində Müdafiə Nazirliyinin konvoyları yaxınlığına boş ərazilərə xəbərdarlıq zərbələri endirib: "İtki yoxdur. İsrail son bir neçə saat ərzində ümumilikdə beş hava hücumu ilə Suriya Müdafiə Nazirliyinin karvanlarının ətrafını hədəf alıb".
İsrailin müdafiə naziri Yisrael Katz isə Suriyanın cənubunda dürzilərə zərər verilməsinə icazə verməyəcəyiklərini deyib: "İsrail də buna imkan verməyəcək. Bu, bizim Suriya rejiminə açıq mesaj və xəbərdarlığımızdır"
Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdülqani isə dövlət televiziyasına bildirib ki, Sueydadakı toqquşmaları nəzarətə götürülmək üzrədir: "Biz bir çox cəbhələrdə irəliləyirik. İndi Sveyda şəhərinə, onun mərkəzinə 4-5 km məsafədəyik. Kənakir tezliklə təhlükəsizlik qüvvələrinin nəzarətinə keçəcək. Bizimməqsədimiz aktiv döyüşlərdə iştirak etmək deyil, döyüşləri dayandırmaq və ictimai təhlükəsizliyi bərpa etməkdir. Biz digər əyalətlərdə olduğu kimi, burada da təhlükəsizliyi və sabitliyi təmin edib, sonra nəzarəti dövlət qurumlarına təhvil verəcəyik".
MN rəsmisi Druzi lideri Şeyx Hikmət əl-Hicriyə bağlı qrupları qeyri-qanuni sayıb.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, digər bölgədə Hasakidə də döyüşlər şiddətlənib: "Hasakdə Həmzət və Sultan Murad qruplaşmaları arasında toqquşmalar şiddətlənib. Qrupların bir-birinə oğurluq ittihamı ilə başlayan döyüşlərdə hər iki tərəf ağır silahlardan istifadə edirlər. Artıq şəhərin mərkəzində döyüş gedir. Hər iki tərəf bir-birinin mövqelərnə minaatanlarla zərbələr endirir..."
Tahir Şəlvəli
MİA.AZ