Bu gün Panama sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Burica bölgəsindən 206 kilometr aralıya təsadüf edib.
Zəlzələ hələ də hər hansı dağıntı və insan itkisinə səbəb olmayıb.
Samir MUSAYEV
MİA.AZ