“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sabirabad rayonun ucqar kəndlərini (Yenikənd, Quruzma, Yolçubəyli) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.
Mia.az xəbər verir ki, seminar zamanı Sabirabad rayonun ucqar kəndlərindən (Yenikənd, Quruzma, Yolçubəyli) olan 20 nəfərdən artıq fəal sakinlər arasında , QİÇS əleyhinə və eləcədə vərəm və onun yoluxma yolları ilə bağlı təbliğat işləri aparılıb, HİV və Vərəm əleyhinə məlumat materialları paylanılıb.
Seminarda Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİHB-nin müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, RİHB aparatının əməkdaşları, “Tərəqqi” Sosial Tədqiqatlar İB-nin sədri Calal Əmənov, ziyalılar və fəal kənd sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, “Tərəqqi” Sosial Tədqiqatlar İB-nin sədri Calal Əmənov layihənin məqsədi, hədəfləri və təşkilat barədə iştirakçılara ətraflı məlumat verib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra seminarda çıxış edən mütəxəsis həkim «HİV-in erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər», «Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları» mövzusunda ətraflı məlumat verib.
Sonda mövzular ətrafında diskussiyalara start verilib. Gənclər onları maraqlandıran suallara dolğun cavablar alıb.
Zülfiyyə Mustafayeva