Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) sədr Sahub Məmmədovla İqtisadiyyat Nazirliyindən gətirdiyi bəzi kadrları arasında gərginlik yaranıb.
Mia.az xəbər verir ki, nəticədə son 15 gündə 4 nəfər ərizəsini yazaraq AHİK-dən istefa verib.
Məlumata gərə, istefa verənlər arasında sədr Sahib Məmmədovun yaxın qohumu, İqtisadiyyat Nazirliyindən AHİK-ə transer edilərək Daxili Nəzarət Şöbəsinin müdiri təyin eidlmiş ehtiyatda olan sərhəd xidməti polkovniki Babək Orucov da var: "O, AHİK-ə gələndən qısa zaman sonra burada böyük güc sahibinə çevrildi. Lakin son aylar sədrlə aralarındakı fikir ayrılığı dərinləşdi. O və daha 3 nəfər bu səbəbdən istefa verdi. Gözlənilir ki, istefalar artacaq...".
Xəbərə görə, hazırda AHİK sədrinin bəzi müşavirləri, o cümlədən digər qohumları ilə bağlı gərginlik alovlanmaq üzrədir...
Mövzuya qayıdacağıq.
Samir
MİA.AZ