"Azəriqaz"da daha bir yüksək vəzifəyə təyinat olub.

Mia.az xəbər verir ki, müvafiq əmrlə Fərhad Mədətov Baş Direktorun maliyyə üzrə müavini təyin edilib.

O,  2 iyun 1979 cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitib.

Bu ilin mart ayında isə özəl sahədən birbaşa "Azəriqaz" İB-nin Baş Direktorun müşaviri vəzifəsinə gətirilib. Cəmi 3 ay sonra isə hazırkı vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, "Azəriqaz"da ötən ay daha iki müavin təyinatı həyata keçirilib.

Firudin Səfərli

MİA.AZ