Azərbaycan və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) arasında neft bazarının tənzimlənməsi müzakirə edilib.
Mia.az xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov aşağıdakı açıqlamanı verib: "Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının Baş katibi Haysam Əl-Qays ilə görüş keçirdik. Qlobal neft bazarının tənzimlənməsi və Azərbaycanla əməkdaşlığa dair müzakirələr apardıq".