Son illər böyüyən iqlim dəyişikliyi Avropada həyəcan yaradıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, buna səbəb isti hava şəraiti üzündən ölənlərin sayının üç dəfə artması göstərilir.
London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbi iqlim dəyişikliyinin Avropadayə təsiri ilə bağlı birgə sürətli təhll aparıblar.
Təhlil xarakterli hesabatda bildirilir ki, bu ilin iyunun 23-dən iyulun 2-dək Avropanın 12 şəhərində - Milan, Barselona, Paris, London, Roma, Madrid, Afina, Budapeşt, Zaqreb, Frankfurt, Lissabon və Sassaridə (İtaliya) müşahidə olunan ekstremal temperatur qlobal istiləşmə səbəbindən qaynaqlanıb. Ki, bu da mövsümi orta göstəricilərdən 1-4 dərəcə yüksək olub: "Bu dövrdə isti hava şəraiti ilə əlaqədar 2300 ölüm faktından təxminən 1500-ü məhz yüksək temperatur səbəbindən baş verib. Bu isə əvvəlki dövrlərlə müqayisədə iqlim dəyişikliyinin səbəb olduğu ölüm hallarının 3 dəfə artması deməkdir".
Hesabatda deyilir ki, iqlim dəyişikliyindən ən çox yaşlı insanlar "təsirlənirlər": "Təsadüfi deyil ki, isti havadan qaynaqlanan ölümhallaırnın 88 faizi 65 və yuxarı yaşda olan insanlardır".
Zülfiyyə Mustafayeva
MİA.AZ