Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, az əvvəl Balıkəsir bölgəsinin Sındırgı rayonunda başlayan güclü yanğını söndürmək üçün əraziyə 4 helikopter, 4 təyyarə, 15 yanğınsöndürən və su maşınları göndərilib.

Məlumata görə, bir neçə saatlıq müdaxilə baxmayaraq hələ də yanğını nəzarətə almaq mümkün olmayıb: "Hazırda bölgəyə əlavə texnika yönləndirilir"
 
Firudin Səfərli
MİA.AZ