ABŞ bəzi ölkələrə tarif tətbiqinin müddətini daha bir ay uzadıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında açıqlama verib.

Tramp bildiirb ki, bir çox ölkələrə tarif siyasətinin dəyşməsi barədə məktbları avqustun 1-dək təxirə salıb: "Bizə bızi təkliflər gəlməkdədir. Əlbəttə, fərqli və cəlbedici təkliflə gəlsə və bəyənirəmsə, bunu qəbul edəcəyik. Tarif tətbqiinin avqustin 1-dək təxirə salınmaya gəldikdə, bilmək olmaz, hər an hər şey dəyişə bilər. Biz ölkələrdə indiyə qədərkindən fərqli bir yol tapmaq istəyirik. Məsələn, artıq Hindistanla razılaşmaya yaxınıq. Bəzi razılaşmalar əldə edəcəyik, amma əvəvl elan etdiyim kimi, daha çox ölkəyə xəbərdarlıq məktubu göndərəcəyik".

Xatırladaq ki, Tramp bir neçə gün əvvəl Tunis, Cənubi Koreya, Malayziya, Qazaxıstan, Yaponiya, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Serbiya, Banqladeş, Tayland, Kamboca, Myanma və Laosa əlavə gömrük rüsumları tətbiq edib.

Lamiyə Əhmədli
MİA.AZ