"Mən region ölkələri və Netanyahunun xahişi ilıə Suriyaya qarşı sanksiyaları ləğv elədim. Bununla həm də Dəməşq rəhbərliyinə şans vermək istədim".

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.

O, Suriya prezidenti Əhməd Şara ilə görüşdüyünü və bu görüşün ona müsbət təsir etdiyini də gizlətməyib: "Şara çətin keçmişdən və coğrafiyadan gəlib. Onun çox çətin keçmişi var. O, indi Suriyada yaxşı işlər görmək istəyir".
 

Netanyahu da Suriyada sabitlik, təhlükəsizlik və sülhlə bağlı yeni imkanların olduğunu deyib. O, həmçinin Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini və namizədlik məktubunu artıq qarşı tərəfə təqdim etdiyini də bəyan edib.

Lamiyə Əhmədli

MİA.AZ