"İranla danışıqlar planlaşdırılıb. Onlar bizimlə danışmaq istəyirlər".
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.
Tramp xatırladıb ki, 12 günlük İrana hücumda qarşı tərəfə böyük zərbə vurulub: "Onlar böyük zərbə aldılar. İndisə danışıq istəyirlər. Ümid edirəm ki, İrana növbəti hücum məcburiyyəti olmayacaq. Onlar hücumdan əvvəlki ritorkadan indi uzaqlaşıblar, fərqli davranırlar. Bunu daha əvvəldən etmək lazım idi"
Tramp əlavə edib ki, danışıqlar axarında davam edərsə, İrana qarşı sanksiyalar götürüləcək: "Onlar artıq "ABŞ-a ölüm, İsrailə ölüm" demirlər. Əvvəllər Yaxın Şərqin tiranı idi, indi belə deyil".
Lamiyə Əhmədli
MİA.AZ