“AZCON Holding” şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyinə verilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə çevrilib.
Mia.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, digər əmrlə Elnur Salahov şMMC-yə baş direktor təyin edilib.
Məlumata görə, E.Salahov Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb, 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.