Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Toqq"un yeni modeli T10F-ni bu gün sınaqdan keçirib.
Mia.az xəbər verir ki, İstanbulda sükan arxasına keçən Ərdoğan yeni sedan modelindən çox razı qalıb.
Prezident Ərdoğan və Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Anadolu Qrupunun İdarə Heyətinin sədri Tuncay Özilhan, Zorlu Holdinq İdarə Heyətinin sədri Əhməd Nazif Zorlu, Turkcell İdarə Heyətinin sədri Şenol Kazancı və Tosyalı Holdinq İdarə Heyətinin sədri Fuat Tosyalı T.T.10F modeli qarşısında xatirə şəkli çəkdiriblər.
Toqqun T10F modeli ilə bağlı açıqlamaverən prezident Ərdoğan bildirib ki, T10F yaxın zamanda satışa təqdim olunaca: "Bu gün yerli və milli elektrik avtomobilimizi sınaqdan keçirdik. Maşallah. Bərəkallah".
Lamiyə Əhmədli
MİA.AZ