Türkiyənin daxili siyasətində partiyalara güvənsizlik böhranı böyüyür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu, ASAL Araşdırma Mərkəzinin ötən ay 26 böyük şəhərdə keçirdiyi sosioloji sorğuda üzə çıxıb.

Mərkəzin açıqladığı anket məlumatlarına əsasən, ictimaiyyətin 32,5 faizi Türkiyənin problemlərini heç bir partiyanın həll edə bilməyəcəyini düşünür. 

Sorğuda probelmlərin öhdəsindən gələcək partiyalar isə belə sıralanıb:

AK Partiya - 21,8 faiz

CHP 17 faiz

DEM Partiyası: 3,7%

MHP: 3,2%

İYİ Partiya: 1,9%

Zəfər Partiyası: 1,7%

Yenidən Rifah Partiyası: 1,2%

Digər: 3,4%

Samir MUSAYEV

MİA.AZ