1985-ci ildən "Azəriqaz"da işləyən və iki dəfə "Fəxri Neftçi" və "Qaz ustası" adına layiq görülmüş Əsədulla Feyzullazadəyə indi qaz təsərrüaftından bixəbər "dibçək məmurları" ("Azəriqaz"a  kənar sahələrdən transfer olunmuş sahədən məlumatsız və təcrtübəsiz kadrlar nəzərdə tutulur - Mia.az) tərəfindən ciddi problem yaradılıb.

Bu barədə Mia.az-a açıqlama verən 40 ilin təcrübəli çilingəri deyib ki, pensiyaya çıxmasına 2 ay qalmış onu Bakı Regional Qaz İstismar Departamentində (RQİD) qondarma attestasiyaya cəlb etmək istəyiblər: "Mən də bunun qanunsuz olduğunu və nəyə xidmət etdiyini bildiyim üçün getmədim. Sonradan RQİD-nin baş mühəndisi xəbər göndərdi ki, guya mən attestasiyada olmuşam və zəif nəticə göstərdiyim üçün iş rejimim dəyişdirilir, özü də aşağı dərəcəylə. Sual etdim ki, məndən imtahan harada, necə və kim tərəfindən götürülüb ki?! Cavab verən yoxdur. Belə qanunsuzluq olar?

Əlbəttə, mən, ömrümün 40 ilini bura vermişəm, indi pensiya yaşına 2 ay qalmış belə haqsızlıq və qanunsuzluğu qəbul edə bilmərəm. İşə baxın ki, bununla bağlı "Azəriqaz"ın Həmkarlar komitəsinə şikayət verdim, yaxın durmadılar. Belə "Həmkarlar" olar?!"

Əsədulla Feyzullayev sonda ölkə və SOCAR rəhbərliyindən "Azəriqaz"dakı anarxiyanı durdurmalarını xahiş edir.

Samir MUSAYEV
MİA.AZ