Məşhur aktyor Kamal Sunal (Şaban) demişkən, Türkiyədə "zamın zamı da var". Bu dəfə zamanı zamı "pullu əsgərliyə" şamil edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sürətlə gedən inflyasiyanı nəzərə alan müvafiq dairələr hazırda 243 min 35 TL olan "ödənişli əsgərlik" haqqını qaldırıblar.

Məlumata görə, bundan sonra hərbi xidmətə getmək istəməynlər dövlət büdcəsinə 280 min 875 TL (təxminən 12 min manat) ödəməklə mülki həyatlarına davam edəcəklər.

Samir MUSAYEV
MİA.AZ