Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Mia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi, 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.