Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan katoliklərin ruhani lideri, Vatikanın dövlət başçısı Papa XIV Leo ilə görüşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Qəzzada baş verənlər, iqlim dəyişikliyi ilə mübarizə səyləri, islamofobiya və irqçiliklə mübarizə, ailənin cəmiyyətdə varlığının əhəmiyyəti müzakirə olunub.

Papa XIV Leo Əminə Ərdoğanla söhbətində Vatikanın Fələstində iki dövlətli həll və sülhü dəstəklədiyini deyib: "Türkiyə bu baxımdan Yaxın Şərqdə sülh üçün əhəmiyyətli bir səsdir".

Lamiyə Əhmədli

MİA.AZ