Artıq 1 ilə yaxındır ki Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Rəhbərliyə gəldiyi gündən qalmqallı təyinatları, başıpozuq idarəetməsi ilə yadda qalan Sahib Məmmədov öz ətrafına qarşı hədsiz dərəcədə həssas yanaşmaqda davam edir.

Mia.az-ın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasından şikayətlər durmadan artmaqdadı.

Bu barədə saytımıza daxil olan məlumatda deyilir:

"2024 cü ilin noyabr ayından 2025-ci ilin mart ayına qədər təşkilatdan 500 nəfərə yaxın əməkdaş müxtəlif bəhanələrlə işdən çıxarılmış, ixtisara salınmış, işsiz qalmışdır. Təşkilatın 10 idman cəmiyyəti heç bir səbəb olmadan bağlanmışdır. Lkain qurumdan səs çıxmayıb. Halbuki bu idman cəmiyyətləri illərdir ölkənin idman siyasətinə ciddi töhvələr vermiş, idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişdir.

Təşkilatın tabeliyində yalnız Gənclik Könüllü Tələbə İdman Cəmiyyəti saxlanılanda hamımız düşündük ki, tələbələri düşünərək, onların fiziki hazırlığına, asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət edəcəkdir. Sən demə məqsəd başqa imiş...

Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin nizamnaməsinə əsasən 2024-2025-ci tədris ilində ölkə ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində idman yarışları keçirmək və yarışların nəticəsi olaraq 12 idman növü üzrə komanda yaradaraq, beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinə siyahıları təqdim etməkdir: "Lakin Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının rəsmi sosial şəbəkələrində bu yarışlar haqqında heç bir məlumat yoxdur. Belə başa düşülür ki, bu yarışlar rəsmi olaraq keçirilməmiş, digər işlər kimi sənəd üzərində saxtalaşdırılaraq, siyahılar Gənclər və İdman Nazirliyinə göndərilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasını AHİK sədrinin müşaviri Nigar Vahabzadə öz əsarəti altında saxlamağının məqsədləri artıq hər kəsə aydın olur. Xanım Vahabzadə bu ilin iyul ayında Almaniya və digər bahalı Avropa ölkələrində keçiriləcək bu yarışlarda AHİK vəsaiti hesabına bir növ istirahətə getməyə hazırlaşır. Eyni zamanda əldə etdiyimiz məlumata görə, Nigar Vahabzadə bu səfərə tək özü yox, azyaşlı oğlunu da aparmağa hazırlaşır. Maraqlıdır ki, əvvəlki illərdə xarici yarışlarda iştirak üçün ezamiyyə xərcləri yalnız komandanın tərkibi üçün ayrılırdı. Hazırda bildiyimizə görə bu ilki yarışlara təşkilatın sədri Tural Qasımov, sədrin müavini Sahib Məmmədovun yaxın qohumu Fikrət Hacıyev də AHİK vəsaiti, yəni aztəminatlı insanlardan tutulan 2 % vəsait hesabına getməyə hazırlaşır..."

Firudin Səfərli

MİA.AZ