Antalyanın Qazipaşa rayonu, Beyobası məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, yanğının söndürülməsinə 3 helikopter, 8 su maşını, 3 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürənlər cəlb olunub.

Məlumatda deyilir ki, alovun yaxınlaşdığı bir evin sakinləri təxliyə olunub.

Xəbərdə deyilir ki, yanğın avokado və zeytun bağlarını da təhdid edir.

Lamiyə Əhmədli
MİA.AZ