"ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumundan sonra ölkədəki zənginləşdirilmiş uran anbarının yerini müəyyən etmək mümkün olmayıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi "Fox News" telekanalına müsahibəsində deyib.

O, açıq şəkildə etiraf edib ki, İanın zənginləşdirilmiş uran ehtiyatının yerini bilmirlər: "İran rəsmiləri zənginləşdirilmiş uran anbarını ABŞ-ın hücumlarından əvvəl mühafizə tədbirləri çərçivəsində başqa yerə köçürüb. Ancaq yeri bizə bəlli deyil, bilmirik. Onuun hara və necə aparıldğı bizə bəlli deyil. Biz MAQATE-yik, burada spekulyasiya etmirik. Bu materialın harada olduğu barədə heç bir məlumatımız yoxdur. Mənim işim bu materialın harada olduğunu müəyyən etməyə çalışmaqdır. İranın bütün nüvə materialları barədə hesabat vermək öhdəliyi var və bu, mənim işim olaraq qalacaq".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə zənginləşdirmə obyektlərini tamamilə məhv etdiklərini iddia edir.

Lamiyə Əhmədli
MİA.AZ