Niderlandda NATO zirvəsinə qatılan Türkiyə prezidenti Ərdoğan ABŞ lideri Donald Trampla görüşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kral sarayında mətbuata qapalı görüşdə ikitərədfli və bölgədəki münasibətlər, o cümlədən İran-İsrail və Qəzzadakı durum əsas müzakirə mpvzuları olub.

Türkiyə Prezident Administrasiyasından bildirilib ki, Ərdoğan Trampa İsrail və İran arasında əldə olunan atəşkəsdən məmnunluğunu ifadə edib. Həmçinin Qəzzadakı humanitar böhrana diqqəti çəkib.

Görüş zamanı iki ölkənin müxtəlif sahələrdə, xüsusilə enerji və investisiya sahələrində böyük potensiala malik olduğunu, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda, ticarət həcminin 100 milyard dollarlıq hədəfə çatmasının vacibliyi vurğulanıb.

İki lider NATO-nun aparıcı müttəfiqləri kimi Alyansın çəkindirici gücünü daha da artırmaq imkanları ətrafında da fikir mübadiləsi aparıblar.

Firudin Səfərli
MİA.AZ