"Təəssüf ki, İran və İsrail atəşkəsi pozub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək sammitinə gedərəkən  Ağ Evin həyətində jurnalistlərə açıqlamasında deyib.

O, İsrailə İrana bir daha bomba atmaması barədə xəbərdarlıq edib: "İsrail, o bombaları İrana atma. Əgər atsan, bu, böyük pozuntu olar. Dərhal pilotlarınızı geri çağır. İsraildən məmnun deyiləm”.

Lamiyə Əhmədli
MİA.AZ