Bu gün Bakı vaxtilə saat 8.00-da başlayan İsrail-İran arasındakı atəşkəs pozulub

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu təcili açıqama yayıb.

Açıqlamada İrandan yeni raket hücumu olduğu bildirilib və əhalidən sığınacaqlara getmək tələb olunub: "Növbəti xəbərdarlıq edilənə qədər sığınacaqları tərk etməyin"

İsrail mətbuatı az əvvəl 2 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini yazıb.

İsrail baş nazirliyindən verilən yazılı açıqlamada, Təl-Əvivin İranla Trampın elan etdiyi atəşkəsi qəbul etdiyi açıqlanıb.

Müdafiə naziri İsrael Katz isə İranın hücumuna qəzəbli reaksiya verib: "Mən İsrail Müdafiə Qüvvələrinə İranın atəşkəsi pozmasına cavab olaraq, Tehranın mərkəzindəki rejim hədəflərinə güclü zərbələr endirməsi barədə əmr verdim".

P.S. İran ordusu isə iddianə rədd edib: "Biz atəşkəs elanından sonra İsrail ərazisinə raket atmamışıq"

Tahir Şəlvəli
MİA.AZ