ABŞ prezidenti Tramp İsrail və İran arasında atəşkəs əldə olunması bağlı növbəti açıq və təhdidvari bəyanat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hər iki ölkənin öz gələcəklərində böyük sevgi, sülh və rifah görəcəyini deyərək, atəşkəsi əldə edildiyini vir daha vurğulayıb.
Tramp bildirib ki, bu, hər iki tərəfə qazanc gətirəcək, lakin atəşkəsdən qaçacaqları halda itirəcəkləri çox şeylərin olacağını da xüsusi qeyd edib: ”İsrail və İran sülhün bərqərar olması üçün demək olar, eyni vaxtda mənlə təmas qurdu. Əsl qalib dünya və Yaxın Şərq oldu. Hər iki ölkə öz gələcəklərində böyük sevgi, sülh və rifah görəcək. Onların qazanacaqları çox şey var, lakin həqiqət və dürüstlük yolundan azarlarsa, itirəcəkləri də çox olacaq. İsrail və İranın gələcəyi hüdudsuz və böyük vədlərlə doludur. Allah hər ikinizi (İsrail vıə İranı nəzərdə tutur - Mia.az) qorusun!".
Xatırladaq ki, Trampın ilk atəşkəs bəyanatndan sonra hər iki tərəf bir-birlərinə zərbələr endirib. Eyni zamanda, həm İsrail, həm də İran atəşkəsi ya təsdiqləməyiblər, ya da bu haqda suala cavab verməkdən yayınıblar.
Firudin Səfərli
MİA.AZ